Xərçəngin 5 az bilinən SİMPTOMU

Təəssüf ki, xərçəng bir çox hallarda gizli inkişaf edir, simptomları qeyri-spesifik olur və bu səbəbdən xəstəlik gecikmiş mərhələlərdə aşkar olunur. Bu isə xəstəliyin proqnozunu xeyli pisləşdirir.

Xərçəng nə qədər tez aşkar olunarsa, müalicəsi də bir o qədər effektli olur. Bu səbəbdən mütəxəssislər xüsusilə yaşı 40-dan çox olan insanlara, irsiyyətdə xərçəng xəstəlikləri olanlara öz sağlamlığına qarşı daha diqqətli olmağı və şübhəli, “izah olunmayan” simptomları gördükdə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

Orqanik.az Express nəşrinə istinadla bildirir ki, Almaniya onkoloqları xərçəng xəstəliyinin bəzi az bilinən simptomları haqqında məlumat veriblər. Bu simptomlar arasında:

– udmanın çətinləşməsi, boğazda yad cisim hissi. Bu qida borusu xərçənginin simptomu ola bilər.

– göz qapaqlarının aşağı enməsi. Bu simptom ağciyər xərçəngi zamanı inkişaf edə bilər.

– səsin xırıltılı olması. Bu qırtlaq xərçənginin simptomu ola bilər.

– qarının tez-tez səbəbsiz köpməsi – qadınlarda yumurtalıq xərçənginə və həmçinin qaraciyər və bağırsaq xərçənginə işarə edə bilər.

– sidiyin rənginin tündləşməsi. Bu simptom məsəaltı vəzi və qaraciyər xərçənginə işarə edə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.