Xərçəngdən qorunmaq üçün bu vitamindən istifadə edin! – ALİMLƏR AÇIQLADI

Son zamanlar alimlər ortaya çıxarıb ki, E vitamin orqanizmdə xərçəng hüceyrlərinin yaranmasını əngəlləyir.

Orqanik.az xəbər verir ki, digər vitaminlər kimi, E vitamini də tək bir tərkibə malik deyil. E vitamininin tərkibinə 8 komponent daxildir. Məhz bu 8 komponent vitaminin xüsusiyyətlərini müəyyən edir.

Müəyyən edilib ki, E vitamininin tərkibində olan qamma prostat xərçəngi hüceyrələrinin bölünməsinin qarşısını alır.

Sintez olunmuş E vitamini tərkib etibarilə təbii vitaminin demək olar ki, eynisidir.  Onlar eyni kimyəvi tərkibə, yəni eyni karbohidrat, hidrogen və oksigen atomuna malikdir.

Yeganə fərq atomların düzülüşüdür. Bu isə vitaminin sözügedən effektini vermir.

Bütün bu deyilənlər yalnız E vitamininə deyil, həm də antioksidanlatlara və D vitamininə də aiddir.

Ona görə də çalışmaq lazımdır ki, qida rasionuna bu maddələrin təbii halda olanı daxil edilsin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.