Xərçəng riskini 2 dəfə artıran içkilər açıqlandı – Hər kəsin süfrəsində var

Qazlı içkilər xərçəng riskini iki dəfə artırır.

Orqanik.az publika.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada tibb, sağlamlıq və elmi araşdırmalar haqqında məlumatlar dərc edən “Gut” jurnalının açıqlamasına əsasən gündə iki dəfədən çox qazlı və sərinləşdirici içkilərdən istifadə bağırsaq xərçənginin inkişaf riskini iki dəfə artırır.

Jurnal, şəkərli və qazlı içkilərin xüsusən qadınlarda 50 yaşından əvvəl bağırsaq xərçəngi riskini iki dəfə artırdığını açıqlayıb.

Həmçinin araşdırmalar zamanı müəyyən edilib ki, ABŞ əhalisinin təxminən 12 faizi hər gün bu içkilərdən üç porsiyadan çox istifadə edir.

Son illərdə bağırsaq xərçənginə bağlı ölümlərin artdığına diqqət çəkən mütəxəssislər, yoğun bağırsaqla inkişaf etməyə başlayan xərçəng növünün ilk olaraq “polip” ilə ortaya çıxdığını vurğulayıblar. Mütəxəssislər bütün poliplərin xərçəngə çevrilmədiyini bildirsələr də, erkən diaqnozun vacibliyini də qeyd ediblər.

Jurnalda dərc edilən araşdırma şəkərlə şirinləşdirilmiş içkilərlə xərçəng arasında əlaqəni də ortaya qoyub.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, sərinləşdirici içkilərlə yanaşı meyvə ətirli, enerji içkiləri də sağlamlıq üçün ciddi təhlükə yaradır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.