Hündürdaban ayaqqabılar sinirləri zədələyir. Mikrotravma və degenerasiya

Dar burunlu və hündürdaban ayaqqabı istifadə edən qadınların ayaqlarında 3-cü və 4-cü daraq sümükləri arasındakı sinirlərdə şişmə, böyümə və yanma kimi ağrılar meydana gəlir.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, morton nevroması adlanan bu xəstəliyin əməliyyatlarda müvəffəqiyyət nisbətinin 90 % olduğu bildirilir.

Ortopedlər orta yaşlı qadınlarda daha çox rast gəlinən bu xəstəliyə qarşı ucları dar olmayan, dabansız və bərk dabanlı ayaqqabılarla birlikdə ayaq sümüyünü dəstəkləyən yastıqlardan istifadə etməyi tövsiyə edirlər.

Dar barmaqlı və hündürdaban ayaqqabı istifadə edən insanların ayağındakı 4-cü və 5-ci daraq sümüklərinin sıxılmasından sonra barmağa gedən sinirlərdə sıxılma, mikrotravma və degenerasiya baş verir. Təkrarlanan mikrotravmalardan sonra sümüklərdə yığılma olur, nevroma əmələ gəlir.

Bunu nəzərə alaraq, dabanlı, dar ucları və yumşaq altlığı olan ayaqqabılara üstünlük verilməməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.