Xərçəng hüceyrələrini öldürən məhsulun adı açıqlanıb

Böyük Britaniyanın Cancer Research şirkətinin həkimləri kurkumanın insanda xərçəng riskini azaltmağa kömək etdiyi və xərçəngin böyüməsinin qarşısını aldığı qənaətinə gəliblər.

Orqanik.az Trend-ə istinadən bildirir ki, xərçəng hüceyrələri ilə mübarizə baxımından kurkuma çox faydalıdır. Məsələ burasındadır ki, onun tərkibində xərçəng hüceyrələrini məhv etməyə qadir olan curcumin adlı maddə var.

Onda həmçinin yüksək səviyyədə antioksidant var, buna görə də həkimlər onu xərçəngin alternativ müalicəsi hesab edirlər. Bu ədviyyatın çox məşhur olduğu ölkələrdə xərçəngə daha az rast gəlinir.

Kurkuma həm də katarakta, qlaukoma və makula degenerasiyası riskini azaldır. Bundan əlavə, qanda “pis” xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.