Xərçəng hüceyrələrini məhv edən bakteriya yaradıldı

Kolumbiya Universitetinin elm adamlarından ibarət fənlərarası qrupu xərçəng hüceyrələrini məhv etmək üçün xüsusi bakteriya koloniyaları yaradıb.

Orqanik.az lent.az-a istinadən bildirir ki, əvəlki tədqiqatlarda müəyyən bakteriya növlərinin şişlərin içərisində çoxalmağa qadir olduğunu öyrənmək mümkün idi.

Bunun aşağı pH, immun hüceyrələrin bakteriyaları təmizləməsinə mane olan şiş nüvəsinin unikal nekrotik və immun mühiti ilə əlaqədar olduğu düşünülürdü. Xərçənglə mübarizənin yeni üsulu E.coli-nin probiotik ştamının bakterial lizisinə əsaslanır. Mikroorqanizm şişə daxil olduqda, bakteriyaların çoxu parçalanır və öz tərkibini buraxır. Əvvəllər bu mikroblar onlara şiş hüceyrələrinin böyüməsini maneə törədən və ya neoplazmanı immun hüceyrələr üçün görünən edən zülalları kodlayan genləri əlavə etməklə dəyişdirilib.

Terapevtik yanaşma siçanların heyvan modellərində sınaqdan keçirilib. Redaktə edilmiş bakteriyalar hədəf bölgəyə yaxın olan şişlərə, eləcə də daha uzaq şişlərə qarşı güclü immun reaksiyalar yaradıb. Bu o deməkdir ki, mikroorqanizmləri olan preparat venadaxili olaraq tətbiq oluna bilər. Üstəlik, bakteriyalar yalnız şişin xüsusi mühitində yaşaya bilir, ona görə də onları başqa orqanlarda aşkar etmək mümkün olmayıb.

Hazırda patent müraciəti verilib. Müalicə metodunun optimallaşdırılması və sonrakı klinik sınaqlara hazırlıq üçün tədqiqatlar davam edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.