Vazorenal arterial təzyiq

Vazorenal hipertenziyanın baş verməsinin 60-80%-ı  40-50 və ondan böük yaşlı, böyrək və böyrək şaxələrində ateresklerozu olan xəstələrdir. Hipertenziya çox vaxt böyrək arteriyalarının zədələnmələri zamanı baş verir ki, bu da bədxassəli hipertenziyaya səbəb olur. Yəni xəstənin təzyiqi daima yüksək olur. Kliniki olaraq böyrəklərdə baş verən iltihabi proseslər, leykositoz, subfebril hərarət, böyrək damarlarının zədələnməsi ilə özünü biruzə verir. Bəzi hallarda vazorenal hipertenziya Takayasu xəstəliyi və nəbzin olmaması xəstəliyi səbəbindən də baş verə bilər.
Xəstəliyin gedişi onu yaradan səbəbərdən asılıdır. Əgər arterial təzyiq gənc yaşlardan əmələ gəlibsə, stabil xarakter daşıyırsa və daima yüksəkdirsə o zaman vazorenal təzyiq barədə ciddi düşünmək lazımdır. Uzun zaman təzyiqin yüksək olması və onun normaya salınmaması, digər orqanların da fəaliyətinə mənfi təsir göstərir.
Doaqnoz:

Vaxtında və dügün qoyulmuş diaqnoz xəstəliyin sağalmasına səbəb olur. Odur ki, diaqnozun qoyuluşu zamanı digər müayinələrin də aparılması vacibdir. Xəstənin təzyiqini nəzarətdə saxlamaqla bərabər, böyrək funksiyalarının da dərindən araşdırılması xəstəliyin sağalmasına böyük təkan verir.
Müalicə:

Renovaskulyar hipoertenziyanın müalicəsində təzyiq salıcı preparatlarla birgə böyrək damarlarında olan patologiyaları aradan qaldırmaq üçün dərman preparatlarından istifdə edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.