Varikozun müalicəsi hansı formada aparılmalıdır?

Varikoz xəstəliyi (varikoz) – venaların  genişlənməsi, qıvrılması, qapaq aparatının dağılması ilə xarakterizə olunan patologiyadır. Xəstəliyin ilkin təzahürlərinə damar ulduzcuqları və düyünlərin yaranması, dərialtı venaların şişməsi, venaların ağrılı olması, ayaqlarda ağırlıq hissi aiddir. Varikozun proqressivləşməsi zamanı venoz qan dövranının xroniki çatışmazlığının əlamətləri: pəncə və baldırın ödemi, baldır əzələlərində qıcolmalar, trofik xoralar, tromboflebit, varikoz dəyişilmiş venaların partlaması müşahidə olunur. Flebologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən 18 yaşdan yuxarı qadınların 30-40%-i, kişilərin isə 10-20%-i varikozdan əziyyət çəkir.Diaqnozun qoyulması çətinlik törətmir. Hemodinamik pozğunluqların ağırlığını qiymətləndirmək üçün dupleks angioskanlama, aşağı ətrafların venalarının USDQ aparılır. Bundan əlavə rentgenoloji və radionuklid müayinələrdən istifadə etmək olar.
Əsas profilaktik rol düzgün davranış stereotiplərinin (uzanmaq oturmaqdan və gəzmək dayanmaqdan yaxşıdır) formalaşmasına aiddir. Oturaq vəziyyətdə və ya ayaq üstə uzun müddət qaldıqda vaxtaşırı baldır əzələlərini gərginləşdirmək, ayaqlara yüksək və ya horizontal vəziyyət vermək lazımdır. Müəyyən idman növləri ilə məşğul olmaq tövsiyə olunur. Hamiləlik dövründə və ağır iş rejimində elastik kompressiya vasitələrinin istifadəsi məsləhət görülür. Venaların varikoz genişlənməsinin ilkin əlamətlərinin müşahidə edildikdə mütləq fleboloqa müraciət etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.