Dietoloq Marqarita Koroleva varikoz xəstəliyində pəhrizin vacib olduğunu bildirib.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, varikozda xəstələr yağsız ət, yağsız süd məhsulları, çoxlu tərəvəz yeməlidir.
Damar problemi olanlar C, PP, P vitaminləri, Omeqa 3-lə zəngin olmalıdır.
Artıq çəki təhlükəlidir. Hər artan kiloqram venoz axını pozur.
Bu adamlar qəbiz olmamalıdır.
Ona görə lifli qidalaR, meyvə-tərəvəz yeməlidir.
Damar divarını möhkəmlədən P və C vitamini kələm, alma, sitrusda, bolqar bibəri, limon, pomidorda, giləmeyvələrdə, Omeqa 3 usə balıq, kürü, yumurta, qozda var.
Belə damarlarda tromb riskini azaltmaq üçün yağsız ət, quş əti yeməli, gündə 2 litrə yaxın su içilməlidir.
“Qətiyyən qan qatılaşdıran içkilər olmaz, rafinə olunmuş yağ, qənd, kolbasa, pendir qadağandır”.
Orqanik.az