50 ildir kardioloji problemlər üçün istifadə olunan, ürək xəstələrinin birinci üz tutduğu möcüzə dərmanlar- validol, korvalol, validol kimi sovet dövrünün yadigarı vasitələr artıq müasir kardiologiyada aktuallığını və kardioloqların etibarını itirib. Artıq heç bir həkim xəstəsina korvalol, validol təyin etmir.
Lakin hələ də, bu dərmanlara tələbat var, insanlar onlara inanır. Çünki bu nənələrimizin sevimli dərmanlarıdır. Çox ürək xəstələri qiymətli vaxtını validol, korvalola itirərək, vaxtında ürəyini düzgün müalicə etmir, nəticələr isə fəciəvi olur.
Orqanik.az xəbər verir ki, Rusiyanın həkim kardiocərrahı, akademik Aleksey Fedorov məşhur ürək dərmanlarının əslində xəstəyə heç bir fayda vermədiyini açıqlayıb. O, “İstənilən yaşda sağlam ürək” kitabında korvalol, validol haqqında bunları yazıb.
” Bəzi dinozavr dərmanlar var ki, ürək sancan, stenokardiya ağrısı tutan kimi, xəstə onu möcüzəvi yardım kimi qəbul edir və özünü sakitləşdirir.
Validol mentoldur, təlimatında yazılıb ki, reflektor damargenişləndirici təsir edir. Amma hansı reflekslərin, o məlum deyil. Təcrübəmizdə hər ürəyi ağrıyanda validol içən onlarla xəstə var idi ki, vaxt itirdiyindən miokard infarktı olmuşdu. Bu dərmanı yalnız və yalnız kardialgiyada istifadə etmək olar. O da ürək əzələsi ilə bağlı olmayan, xüsusən həssas, əsəbi, depressiv xəstələrdə.
Korvalol nəinki faydalıdır, hətta o narkotik maddə kimi dərman asılılığı yaradır. Korvalol aşırı çox qəbul etdikdə kardioşok belə yarana bilər.
Aspirin- infarkt və insultun profilaktikası məqsədilə içilir. Mədə-bağırsaqda qanaxma yarada bilər. Tibdə aspirin tərkibdə, amma daha az zərərli analoji dərmanlar var. Aspirini 2 yerə bölüb içmək də olmaz.
İndi kardioaspirin və kardiomaqnil dövrüdür. Çox yaşlı xəstələr var ki, aspirinə görə daxili qanaxma ilə xəstəxanaya yerləşdiriliblər”.
Orqanik.az