Vərəm yoluxucu xəstəlik olub, sağlam adamlara mikrobun hava-damcı vasitəsilə yoluxması nəticəsində meydana çıxır. Xəstənin öskürəyi və asqırması nəticəsində havaya saçılan vərəm çöpləri sağlam adamın orqanizminə düşdükdə həmin zaman xəstəliyin əmələ gəlməsinə səbəb olmur. Mikroblar xəstələyi törətmək üçün orqanizmin müqavimətinin aşağı düşməsini gözlyirlər. Xəstəliyin ilkin əlamətləri yorğunluq, nəfəs çatmazlığı, arıqlama, quru, sonra isə bəlğəmli öskürəkdir. Vərəm xəstəliyinin əlamətləri ortaya çıxana qədər xəstəlik artıq öz işini görmüş olur.
Xəstəliyə yoluxmaq üçün kimlər risk altındadır?
* 0-5 yaş arası uşaqlar
* 65 yaşdan yuxarı qocalar
* xərçəng xəstələri
* xroniki ürək, böyrək, AİDS xəstələri
* aşağı həyat tərzi yaşayanlar
* immuniteti aşağı olanlar.
Vərəm mikrobları hamının orqanizminə düşə bilər. Onların inkişaf etməsi, orqanizmdə patoloji dəyişikliklərə səbəb olması üçün münbit şərait olmalıdır. Çalışın vərəmin inkişaf etməsi üçün bu şəraiti yaratmayın. Sağlamlığınızın qeydinə qalın!
Orqanik.az