Hamiləlikdə Omeqa-3 yağ turşusunun faydaları

Orqanizm üçün lazım olan bəzi maddələr vardır ki, onları mütləq xaricdən qəbul etmək lazımdır. Belə maddələrdən biri, Omeqa-3 yağ turşusudur. Omeqa-3 yağ turşusu sinir sistemi hüceyrələrinin möhkəmlənməsi və bərpası üçün lazım olan bir maddədir. Mütəxəssislər araşdırmalar nəticəsində hər dəfə Omeqa-3 -ün faydası haqqında yeni bir söz söyləyirlər.
Hamiləlik zamanı Omeqa-3 yağ turşusunu qəbul etmək ana bətnində olan körpənin beyin və gözhüceyrələrinin inkişafı üçün vacibdir.
Mütəxəssislər hamiləlik vaxtı Omeqa-3 yağı qəbul edən qadınlarla, qəbul etməyən qadınlar arasında araşdırmalar aparmışlar. Araşdırmalar Omeqa-3 yağ turşusu qəbul edən hamilə qadınlarda erkən doğum riskinin aşağı olmasını, sidikdə zülalın olmamasını, arterial təzyiqin qalxmamasını, eklampsiya təhlükəsinin olmadığını təsdiqləmişlər. Hamiləlik zamanı Omeqa-3 yağı qəbul edənlərdə doğumdan sonra depressiyanın baş verməsi, hafizənin pozulması riski aşağı olur. Omeqa-3 qəbul edən hamilələrin dünyaya gətirdikləri uşaqlarda allergiya, hiperaktivlik, diqqətsizlik kimi problemlər az hallarda baş verir. Doğulmuş qız uşaqlarında süd vəzinin xərçəngi riski olmur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.