Üzümün təhlükələri. Çox yeməyin!

Süfrə üçün nəzərdə tutulan bütün üzüm sortlarında şəkərin miqdarı həddindən artıq çoxdur, özü də bu, tez mənimsənilən qlükoza və fruktoza şəklində olur.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı aqronom və kənd təsərrüfatı mütəxəssisi Vladimir Vikulov bildirib.

Mütəxəssis bir salxım üzümün bəzən bir kiloqram ağırlığında ola biləcəyini xatırladıb:

“Bu isə 150 qram fruktoza deməkdir, hansı ki, orqanizmə ciddi zərbə vurur”. Fruktozanın çoxlu miqdarda istehlakı qaraciyərə ciddi ziyan vurur, bu orqanın piylənməsinə səbəb olur.

Şəkərli diabet xəstələri üçün üzüm qadağan olunmuş məhsuldur.

Həmçinin üzümün çoxlu miqdarda istehlakı bədən çəkisinin artmasına gətirib çıxarda bilər.

Bundan əlavə, Vikulovun sözlərinə görə, üzümçülər bitkini zərərvericilərdən qorumaq üçün mütəmadi olaraq məhsula mis, kükürd, funqisid preparatları kimi müxtəlif kimyəvi maddələr vurur. Bu baxımdan o, meyvəni yeməzdən əvvəl 10-15 dəqiqə soda əlavə olunmuş suda saxlamağı, sonra isə axar suda yaxşı-yaxşı yumağı tövsiyə edib.

Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.