Your Cart

Üzdəki qırışlar hansı xəstəliklərimizdən xəbər verir?

Qırışlar tək kosmetik problem deyil, qırışların yerləşməsi bəzi xəstəliklərə işarə edə bilər. Xüsusilə bu erkən yaşlarda əmələ gələn qırışlara aiddir.

Alında qırışlar

Orqanik.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, dərin və erkən əmələ gəlmiş qırışlar insanın cinsindən asılı olmayaraq ürək xəstəliklərinə və ya bu xəstəliklərinin riskinin yüksək olmasına işarə edir.

Belə hesab olunur ki, alın nahiyəsində dərin qırışlar olan insanlarda hipertoniya, infarkt və insulta meyllik daha çoxdur.

Bu insanlar müntəzəm olaraq şəkər və xolesterinin səviyyəsini, arterial təzyiqini yoxlamalıdır.

Yuxarı göz qapaqlarında qırışlar

Bu sinir sisteminin degenerativ xəstəliklərinə və insulta olan meyliliyə işarə edir.

Sizdə belə qırışlar varsa, nevroloqun müayinəsindən keçin.

Qulaq məməciyində qırışlar

Bu aterosklerozun inkişafına işarə edə bilər. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bu da infarkt və insultun riskini artırır.  

Belə qırışlarınız varsa mütləq kardioloqa müraciət edin, qanda xolesterinin səviyyəsini yoxlayın.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa