Üz qızardan XORULTU: xilas olmaq üçün sadə üsullar tapıldı

Böyük Britaniyadan olan cərrah Karana Raca xorultudan xilas olmaq üçün sadə üsullar təklif edib.

Orqanik.az xəbər verir ki, həkimin məsləhətini “The Sun” nəşri dərc edib.

Cərrahın sözlərinə görə, xoruldama yuxu zamanı rahatlaşan dil, boğaz və tənəffüs yollarının titrəməsi səbəbindən baş verir. Bədənin bu hissələrinin əzələlərini gücləndirmək üçün gimnastika etmək lazımdır.

Raja, dili çölə çıxartmağı və beş saniyə bu vəziyyətdə bərk vəziyyətdə sabit saxlamağı tövsiyə edib:

“Ən yaxşı nəticə üçün üzünüzün qabağına bir qaşıq qoyub dilinizi üzərinə basa bilərsiniz. Başqa bir sadə məşq dili sağdan sola hərəkət etdirməkdir. Qırtlağın əzələlərini gücləndirmək üçün isə, ağzı açmaq, dili damağa basmaq və beş saniyə ərzində bu vəziyyətdə dayanmaq lazımdır. Hər məşq gündə üç-dörd dəfə təkrarlanmalıdır”.

Bundan əvvəl nevroloq və otorinolarinqoloq Zarina Zaoeva və Dmitri Rınkov bildiriblər ki, xoruldama nisbətən normal hal sayıla bilər. Əgər bu hal tənəffüs tutulması ilə çətinləşirsə, sağlamlıq üçün son dərəcə təhlükəlidir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.