ÜST pandemiyanın yeni dalğalarının olacağını istisna etmir

Omikronun 3 yeni alt variantları yoluxuculuğuna görə ÜST-ün diqqətini çəkib. Bildirilib ki, bu, COVID-19 infeksiyasının yenidən artımasına səbəb ola bilər.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, BA.4, BA.5 (yeni Cənubi Afrika “omikron”ları) və BA.2.12.1 (Nyu-York versiyası) koronavirus altversiyaları dünyada yayılmaqdadır.

BA.2.12.1 variantı ABŞ-da çox sürətlə yayılır və ümumiyyətlə virusun ən sürətlə yayılan variantı hesab olunur. Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarında bu ştam artıq dominant sayılır və onun yalnız bu ərazi ilə məhdudlaşması ehtimalı azdır

Yeni variantlar kütləvi immunitet üçün problemə çevrilə bilər, çünki onlar gücləndirici peyvəndin effektivliyini şübhə altına alır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.