Uşaqlıq polipləri

Uşaqlıq polipi ayaqcığı olan yumru şişdir (göbələk xatırladan).

Polip xoşxassəli şişdir. Lakin bu o demək deyil ki, polip aşkar olunduqda, müalicədən imtina etmək lazımdır. Nadir hallarda olsa da (2-3%) polip vaxt keçdikcə xərçəngə çevrilə bilər.

Polip uşaqlığın daxili qişasında (endometriumda) və ya uşaqlıq boynu kanalın (servikal kanal) daxilində əmələ gəlir. Polip cavan qadınlarda və hətta qızlarda əmələ gələ bilər. Menopauzadan əvvəl (40-50 yaşlar arası) poliplər daha tez-tez inkişaf edir. Bu qadının orqanizmində gedən hormonal fonun dəyişilməsi ilə izah oluna bilər.

Polipin əmələ gəlmə mexanizmi belədir: yumurtalıqların fəaliyyəti hər hansı səbəbə görə (hormonal pozulma, iltihab və s.) pozulur və bunun nəticəsində yumurtalıqlar qana daha çox miqdarda estrogen hormonları ifraz edir. Nəticədə uşaqlığın selikli qatı (endometrium) lazım olandan artıq şişir, menstruasiya zamanı endometriumun bu şişmiş sahələri tam şəkildə uşaqlıqdan çıxmır və uşaqlıqda qalır. Nəticədə bu yerdə polip əmələ gəlir.

Bir çox hallarda polip heç bir əlamətlə özünü büruzə vermir və profilaktik müayinə və ya USM zamanı təsadüfən aşkar olunur.

Lakin bəzən polip bu kimi simptomlar verir:

– menstrual dövrün pozulmaları,

– menstruasiya zamanı güclü qanaxmalar,

– menstruasiyalar arası uşaqlıqdan ağ selikli ifrazatların olması,

– cinsi əlaqədən sonra qanlı ifrazatlar,

– menstruasiyalar arası qanaxmalar,

– qarının əşağı hissəsində ağrılar (böyük ölçülü poliplərdə),

– sonsuzluq. Polipin ölçüləri böyük olduqda, o, mayalanmış yumurta hüceyrəsinə uşaqlıq divarına yapışmağa (implantasiya) mane olur və nəticədə qadında sonsuzluq inkişaf edir.

Polipin ölçüsü bir neçə mm-dən başlayaraq 3 sm kimi ola bilər. Əksər hallarda polipin ölçüsü 1 sm kimi olur. 1 sm-dən böyük poliplər daha təhlükəli sayılır.

Poliplərin əmələ gəlmə səbəbi hələ ki dəqiq təyin olunmayıb. Belə hesab olunur ki, iltihablar (endometrioz, servisit və s.) və hormonal pozulmalar polipin əmələ gəlməsinin əsas səbəbləridir. Bundan əlavə abortlar, endokrin xəstəliklər, artıq çəki, irsiyyət poliplərin əmələ gəlməsinə təkan verə bilər.

Polip konservativ və cərrahi üsulları ilə müalicə olunur. Müalicənin üsulu həkim tərəfindən fərdi şəkildə seçilir. Konservativ müalicə zamanı qadına müəyyən hormonal preparatlar təyin olunur. Lakin konservativ müalicə hər zaman lazım olan nəticə vermir. Bu halda cərrahi üsullar istifadə oluna bilər.

Əgər sizə polipin xaric olunması (polipektomiya) təyin olunubsa, qorxmaq lazım deyil. Müasir polipektomiya üsulları qoruyucudur, əməliyyatlar adətən kəsiklərsiz aparılır, əməliyyatdan sonra bərpa dövrü daha qısa olur.

Polipin xaric olunması əksər hallarda histeroskopik üsulu ilə həyata keçirilir. Histeroskopiya zamanı qadının uşaqlıq boşluğuna uşaqlıqdan daxil olmaqla xüsusi optik sistemlə təchiz olunmuş nazik borucuq – histeroskop yeridilir. Kompüter monitorunda uşaqlıq boşluğu aydın görünür. Həkim poliplərin yerləşməsini və sayını təyin edir və onları xaric edir. Əməliyyat zamanı yerli və ya yüngül ümumi narkoz istifadə olunur. Adətən əməliyyat menstruasiya qurtardıqdan 2-3 gün sonra təyin olunur. Bu zaman uşaqlığın selikli qişası nazik olur və nəticədə poliplər daha aydın görünür.

Əməliyyatdan sonra polipin kiçik hissəsi laboratoriyaya histoloji analiz üçün göndərilir.

Bəzən poliplərin xaric olunması laparoskopik üsulu ilə həyata keçirilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.