Uşaqların cinsi tərbiyəsi

Düzgün cinsi tərbiyə cəmiyyətin əxlaq normaları, cinsi məsələlərə sərbəst, təbii münasibətlərin formalaşması, uşaqlarda öz cinsi mənsubluğu haqqında təsəvvürlər yaratmaqla həyata keçirilməlidir.
Uşaqlar yetişkənlik, cinsi həyat, qadın və kişini bir-birinə bağlayan əlaqələr barədə hələ bağça yaşlarından öyrənməyə başlayırlar. Onlar kiçik əkscinslərinin hərəkətlərini diqqətlə izləyirlər. Evdə ata və analarının bir-birinə olan qarşılıqlı münasibətlərini daima seyr edən azyaşlı uşaqlar, ətraflarındakı əkscinslərinə də o cür davranırlar.
Azyaşlı uşaqlar cinsi həyat anlayışı barədə məlumatları ata və analarından öyrənməlidirlər. Düzdür ətraf mühit, bəzi televiyiya proqramları uşaqları bu barədə məlumatlandırır. Amma azyaşlı uşaqlar ən çox öz ailələrindən nümunə götürürlər. Valideyinlərin bir-birinə olan münasibətləri azyaşlı uşaqlara əsil nümunə olur. Onlar əks cinsə necə hörmət qoymağı, ona necə qayğı göstərməyi öz valideyinlərindən öyrənirlər.
Valideyinlər öz uşaqlarını özləri cinsi həyata hazırlasalar daha yaxşı olar. Bunun üçün çəkinmək lazım deyil. Uşaqlarınızın başa düşə biləcəyi dildə onunla söhbət etsəniz, onu ətraf mühitdən əvvəl və daha düzgün məlumatlandırmış olarsınız. Çünki sizdən əvvəl uşaqlar başqa bir mənbədən yanlış məlumatlandırıla bilərlər.
Uşaqların tərəbiyəli yetişməsi üçün onları təbii cinsi həyat barədə yanlış məlumatlandırmaq lazım deyil. Çünki bu onların gələcəkdə normal cinsi münasibət qurmasına mənfi təsir göstərir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.