Uşaqlarda xərçəng xəstəliyinin aglagəlməz əlamətləri – Onkoloqdan

Dağıstanın uşaq onkoloqu İndira Yunusova valideynlərə uşaqlarda onkoloji xəstəliklərin qeyri-tipik əlamətləri barədə xəbərdarlıq edib.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə bu əlamətləri çox zaman valideynlər görməzdən gəlir.

Xərçəngin erkən mərhələsində uşaqlar daha çox narahatlıqlar hiss edir.

Tez-tez hərarəti qalxır, qarını şişir, burundan qanaxma, ürəkbulanma, qusma olur.

“Maskalanmış simptomlar var. Bədəndə naməlum göyərmələr, səpkilər, hərarətin qalxıb enməsi, antibiotiklə düşməyən qızdırma, sümüklərdə ağrılar, qaraciyərin böyüməsi, dalaqda böyümə, ağrılı limfa düyünləri hər bir valideynin diqqətini çəkməlidir” – deyə onkoloq bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.