Uşaqlarda korset istifadəsi mütləq həkimin tövsiyəsi ilə olmalıdır.
Orqanik.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşirov deyib.
Onun sözlərinə görə, korset bütün hallarda müalicə metodu deyil.
“İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya da sonradan qazanılmış problem kimi özünü büruzə verir. Qız uşaqlarında 8, 9, 10, oğlan uşaqlarında isə 10, 11, 12 yaşlarında sümüklərdə böyümə getdiyi üçün əsasən bu yaşlarda əyilmələr (skalioz, kifoz) yarana bilir”, – deyə o bildirib.
Orqanik.az