NATO-nun Baş katibi koronavirusa yoluxdu

NATO-nun Baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Orqanik.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda NATO-nun sözçüsü Oana Lunqesku məlumat yayıb.

O bildirib ki, Baş katib xəstəliyi yüngül  keçirir.

Qeyd olunub ki, Stoltenberq NATO-nun qərargahının yerləşdiyi Belçikada qaydalara uyğun olaraq işini evdən davam etdirəcək.

Yens Stoltenberqin mayın 14-15-də Almaniyanın paytaxtı Berlində keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısına sədrlik etməsi planlaşdırılırdı. Onun Berlinə gedib-getməyəcəyi açıqlanmayıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.