Uşaqlarda diatez

Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez (onu analar belə adlandırır) şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir.

Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də.

Bəs diatez niyə əmələ gəlir? Uşağın həyatının ilk aylarında allergenlər (uşağın orqanizmi üçün yad olan zülallar) üçün ən əsas “görünməz gizli qapı” – mədəbağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən  qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara  xeyli dərəcədə yüksək olur. Allergiyaya meylli olan uşaqları vaxtından əvvəl (5 ayından tez) əlavə qidalarla (sıyıqlar, meyvə və tərəvəzlər və s.) qidalandırmaq daha da təhlükəlidir.

Allergenlər tədricən bağırsaqlarda toplanmağa başlayır. Müəyyən bir vaxtdan sonra uşağın tam inkişaf etməmiş immun sistemi (bu sistem ancaq uşağın 5 yaşında tamam inkişaf olunur) onların öhdəsindən gələ bilmir və bu zaman allergiya inkişaf edir.

Böyük yaşlı uşaq orqanizmi bəzi hallarda qırmızı, sarı, bənövşəyi rəngli meyvələrə, yumurta sarısına, ət bulyonuna, balıq, şokolad, göbələk, bal, qoz və findıq, dəniz məhsulları, kəskin qida əlavələrinə dəridə allergik reaksiya ilə cavab verə bilər. 3-5 yaşa çatarkən uşaqların bir çoxunda diatez azalır, bəzən isə tamamilə yox olur. Bu zaman uşaq öz diatezini “yaşı ilə keçdi” deyirlər. Belə uşaqlarda adətən sonra nə qida məhsullarına, nə də digər fakrorlara qarşı allergik reaksiyalar baş vermir. Ancaq valideynlər diatezlərin müalicə olunmadan öz-özünə keçməsini gözləməməlidirlər.

Əlbəttə, diatez keçib gedə də bilər, ancaq müəyyən vaxt keçdikdən sonra onun daha ağır allergik xəstəliyə (hətta bronxial astmaya da) çevrilmək ehtimalı da az deyil! Ona görə də diatezin ilkin əlamətləri meydana çıxan kimi, uşağınızı mütləq həkim-allerqoloqa göstərmək lazımdır.

Həkim bəzi müayinələr (qanın analizi, dəridaxili sınaqlar) aparmaqla allergiyanın səbəbini müəyyən edəcək. Belə xəstələrin müalicəsi uşaqları allergenlərlə təmasdan uzaqlaşdırmaq və onlar üçün hipoallergik məişət şəraiti yaratmaqdan ibarətdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.