Uşaqlarda baş ağrılarının səbəbləri nələrdir?

Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş ağrısı təkcə böyüklərin deyil, uşaqların da şikayət etdiyi problemdir. 

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, Uşaq Nevrologiyası Mütəxəssisi dossent Hepsen Mine Serin bildirib ki, uşaqlarda baş ağrılarının olnmasının bir çox səbəbi var. 

Onun sözlərinə görə, uşaq tez-tez baş ağrılarından şikayətlənirsə, gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkirsə, məktəbə getmək istəmirsə və ev tapşırıqlarını yerinə yetirə bilmirsə, mütləq həkimə müraciət etmək lazımdır:

“Ailələrin diqqət etməli olduğu mühüm məqam isə başı ağrıyan uşağa ağrıkəsici verməkdir. Çünki tez-tez istifadə olunan ağrıkəsicilər uşaqlarda baş ağrılarının daha uzun və şiddətli olmasına və müalicəsini çətinləşdirə bilər. Hər yaşda ola bilən miqren uşaqlarda da inkişaf edir və xüsusilə yeniyetməlik dövründə rast gəlinir. Migren kimi təkrarlanan baş ağrıları uşaqların həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Uşaqlarda migren simptomları böyüklərdən bir qədər fərqli ola bilər. Adətən, böyüklərdən fərqli olaraq, ağrı başın hər iki yerinə təsir edə bilər. Yetkinlərdə olduğu kimi uşaqlarda da başgicəllənmə, işığa və qoxuya qarşı həssaslıq, görmə zəifliyi və yorğunluq kimi problemlər ola bilər”. 

Uşaqlıq dövründə baş ağrıları “ilkin” və “ikinci dərəcəli” baş ağrıları olaraq iki qrupa bölünür.

Birinci dərəcəli baş ağrıları: Migren və gərginlik adətən yeniyetməlikdə baş ağrılarının ümumi səbəbləridir.

İkinci dərəcəli baş ağrıları: Bakterial infeksiyalar, burun tıxanıqlığı, diş kariyesləri, görmə pozğunluğu, hipertoniya, beyin şişi, hidrosefali, beyin qanaması və kəllə-beyin travması nəticəsində yaranır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.