Azərbaycanda yayılan rotavirus əsasən beş yaşına qədər uşaqlar arasında yayılır.
Bunu Trend-ə açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
Onun sözlərinə görə, bu xəstəlik qış və yaz aylarında özünü büruzə verir.
“Xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma, ishal və qızdırmadır. Bu xəstəliyə uşaqlar əsasən bağçalarda yoluxur. Xəstəliyə yoluxma çirkli əllərlə toxunuş zamanı baş verir. Rotavirus mövsümi xəstəlikdir. Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Bu xəstəlik bir həftə ərzində sağalır. Xəstəlik iki yaşına qədər uşaqlarda daha kəskin özünü göstərir, belə ki, orqanizmdə hipovolemik şok verən ağır susuzluq yaradır. Qızdırma əsasən iki gün olur. Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığına görə, növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir”, – deyə infeksionist bildirib.
Orqanik.az