Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım

Yanıqlar uşaqlar arasında ən yayılmış travma növüdür. Orqanik.az bildirir ki, statistikaya görə, uşaqların aldığı travmalar arasında 70-80% məhz yanıqlardır.

Bu səbəbdən hər bir valideyn yanıq zamanı düzgün (!) ilk tibbi yardım göstərməyi bacarmalıdır.

Beləliklə, ilk növbədə yanmış sahədən paltarları çıxardın. Əgər paltar yaraya yapışıbsa onu dartmayın, qopartmayın! Sadəcə qalan (yapışmamış) parçanı ehtiyatla kəsin.

Yanmış sahəni axar suyun altında 10-15 dəqiqə saxlamaq lazımdır ki, yanan yerdə hərarət düşsün və yanıq daha dərin qatlara yayılmasın. Həmçinin bu ağrını və yanma hissini azaldır.

Su buz kimi olmamalıdır, suyun temperaturu təxminən 15-20 C olmalıdır. Buzdan istifadə etmək olmaz!

Yanığa yağ, yumurta ağı, bal və s. bu kimi xalq təbabəti vasitələri sürtməyin! Yaraya spirt, yod, “zelyonka” sürtməyin! Bu vəziyyəti daha da ağırlaşdıracaq!   

Yanmiş sahəni su ilə soyutduqdan sonra steril sarıq qoyulur.

Uşağa ağrıkəsici dərman verin. Bu hərarət salanda istifadə etdiyimiz istənilən preparat (məsələn, ibuprofen, nurofen ola bilər).

Həmçinin uşağa antihistamin (allergiya əleyhinə) həb vermək lazımdır. Bu, məsələn, klaritin, fenkarol ola bilər. Uşağı sakitləşdirin, ona su verin.

Termik yanıqlar 4 dərəcəli olur:

1-ci dərəcə – qızartı. Belə yanıqlarlar zamanı həkimə müraciət etmək ehtiyac yoxdur.  

2-ci dərəcəli yanıqlarda suluqlar əmələ gəlir. Suluqları deşməyin, bu yaraya mikrobun düşməsinə səbəb olacaq. Suluqlar varsa uşağı mütləq həkimə çatdırın.

3-cü və 4-cü dərəcəli yanıqlar zamanı dərı və dərialtı toxumalar yanır. Bu ağır yanıqlardır. Uşaq dərhal vaxt itirmədən xəstəxanaya çatdırılmalıdır!

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.