Uşağınız rotavirusa yoluxub? – Bunları edin – HƏKİM AÇIQLADI

Rusiya Federasiyası Pediatrlar İttifaqının rəhbəri sinkin rotavirusun müalicəsində necə kömək etdiyini izah edib.

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə akademiki Leyla Namazova-Baranova məlumat verib.

Onun sözlərinə görə, rotavirus infeksiyası üçün xüsusi antiviral terapiya yoxdur. Ancaq xəstənin vəziyyətini yüngülləşdirməyə kömək edən üsullar var. 

Mütəxəssis bildirib ki, rotavirusun müalicəsində orqanizmin daha da susuzlaşmasının qarşısını almaq, bundan əlavə, xəstəlik zamanı diareyanın (boş, sulu və tez-tez baş verən nəcis ifrazı) təzahürlərini azaltmaq vacibdir.

“Sinkin müalicəsi ishalın müddətini və şiddətini azaldır”, – Namazova-Baranova qeyd edib.

Pediatrın fikrincə, peyvənd hazırda xəstələnmə nisbətinə nəzarətin yeganə ən təsirli üsulu kimi tanınır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.