Uşağında revmatizm olan valideynlərin nəzərinə

Mərkəzi Klinikanın pediatr-revmatoloqu Sevda Mustafayeva övladında revmatik xəstəliyə rast gəlinən valideynlərə tövsiyələr verib.

1. Yuvenil idiopatik Artrit artıq müalicə edilə bilən bir xəstəlikdir.
2. Düzgün nəticə almaq üçün bu müalicənin müntəzəm və fasiləsiz icra olunması vacibdir.
3. Revmatoloqun xəbəri olmadan müalicədə ən kiçik dəyişiklik belə edilməməlidir.
4. Hər bir xəstəyə uyğun olaraq düzgün dərmanın seçilməsi, fərdi əsasda tam qərara alınması bəzən bir neçə ay ala bilər.
5. Müalicədə ən önəmli amil valiideynlərin həkim ilə güvənli iş birliyidir və ona güvənidir.
6. Tibbi əsası olmayan mənbələrdən əldə edilən məlumatlar (internet, tanış tövsiyələri və s) əsasən sadəcə zərər verir.
7. Bu xəstəlik üçün xüsusi bir pəhriz növü yoxdur. Bununla belə, ideal bədən çəkisini saxlamaq vacibdir.
Həkim əlavə edib ki, zədələnmiş oynağa istirahət mütləqdir. Məsələn, dizdə şişkinlik varsa pilləkanlardan istifadə etmək, məcburən yerimək, dizi qatlayaraq hərəkət etmək olmaz. Əl barmaqlarında, biləkdə aktiv prosses varsa yazı yazmaq , xırda motorikalı hərəkətlərdən qaçılmalıdır.
“Eyni zamanda, tam hərəkətsizlik də yalnışdır. Passiv, ağrı yaratmayan yumşaq hərəkətləri etmək lazımdır ki ətrafların əzələlərində zəiflik, oynaqlarda isə tam hərəki məhdudiyyətə gətirib çıxaran kirəçləşmə əmələ gəlməsin”.
Zədələnmiş oynaq üzərinə isti kompress, sarımalar, isti su vannaları və s. qəti qadağandır. Əksinə, buz gel tərkibli paketlərdən istifadə tövsiyə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.