Uşağı hansı hallarda psixiatra aparmaq lazımdır – Bu əlamətlərə diqqət

Psixiatra təkcə böyüklər və ruhi xəstələr getmir.
Uşaq psixiatrları uşaqları müayinə edir.
Uşaqda psixi, ruhi, davranış problemləri və inkişafda geriləmə varsa, mütləq uşaq psixiatrı baxmalıdır.

“Medicina” az uşağı psixiatra aparmağa əsas verən əlamətləri təqdim edir.

Valideynlər nələrə diqqət etməlidir.

– Uşaq öz yaşıdlarından nitq və əqli davranışda fərqlənir, geri qalır
– Yaddaş, diqqət, düşüncə problemi var
– Çox tez yorulur
– Yata bilmir, yuxusuzluq var

– Uşaq intihara meyillidir, belə fikirlər deyir
– Uşaq çox kədərlidir, depressivdir, heç kimlə ünsiyyət qurmur, heç nəyə maraq göstərmir

– Öz çəkisinə, köklüyünə diqqət cəmləyib, dietalar saxlayır, özünə güzgüdə çox baxır, özünü gombul, yöndəmsiz adlandırır

– Uşaq xəstəliklərdən qorxur, tez-tez xəstəlik mövzuları tapır
– Uşaq isterikdir
– Saçlarını yolur, çeynəyir, dırnaqlarını yeyir

– Ac qalır, anorekskyadır, yeməkdən sonra qusur
– Səbəbsiz təşviş, qorxu, tutma keçirir
– Evdən çıxmağa qorxur
– Səbəbsiz ağlayır

Əgər bu hallar varsa, uşağı psixiatra aparmalısız.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.