Ürəyi sağlam edir, qocalmanı ləngidir… – MÖCÜZƏVİ YAĞ

Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.  

Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur. Ağac əsasən Marokkoda və Əlcəzairdə bitir.

Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan A, E, F vitaminləri, Omeqa-3 və Omeqa-6 yağlı turşuları, fitosterol və s. bioloji aktiv maddələri ilə əlaqələndirilir. Arqan yağını faydalı xüsusiyyətlərinə görə “Marokkonun qızılı” adlandırırlar.

Arqan yağının faydaları:

– Qanda xolesterol və triqliseridlərin səviyyəsini aşağı salır.

– Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır.

– Şəkərli diabet zamanı faydalıdır.

– Revmatizm ağrılarını götürür.

– Podaqra, osteoxondroz, artrit, artroz zamanı faydalıdır.

– Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır.

– Döş sallanmasını və boyun qırışlarını yox edir.

– Saçları nəmləndirir.

– Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir.

– Yaraların tez sağalmasına kömək edir.

Arqan yağını daxilə qəbl etmək və həmçinin kosmetik maskalara, şampuna əlavə etmək olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.