Britaniyalı kardioloq Kreyq Beyker ürəyi möhkəmlətmək və təzyiqi salmaq üçün əldə çeçələ barmaqdan istifadə etməyi tövsiyə edib.
Orqanik.az xəbər verir ki, həkim barmaqlarla daxili orqanların sağlamlığı arasında ciddi əlaqə və təsir olduğunu təsdiqləyib.
Belə ki, ürək-damar xəstəlikləri olan insanların əl barmaqlarının bir neçəsi gücsüz və zəif olur.
Həkimin fikrinə görə, ürəyə cavabdeh çeçələ barmaqdır. Baş barmaq isə beyinlə bağlıdır.
Əgər ürəyiniz zəif, narahatdırsa, aritmiya varsa, eləcə də təzyiq yüksəkdirsə, hər iki əldə çeçələ barmağı məşq etdirmək, masaj etmək, nöqtələrini sıxmaq lazımdır. Bunu hər gün etsəniz ürəyiniz xeyli qüvvətlənər.
Orqanik.az