Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz TƏRƏVƏZ

Ən çox sevilən tərəvəzlərdən biri də kələmdir. Kələmi yeməklərdə, salatlarda, yəni bişmiş və çiy şəkildə, eyni zamanda turşu halında istifadə edirik.

Kələm əsasən ağ, yaşıl, bənövşəyi, qırmızı rənglərdə olur. Bəs sağlamlıq üçün kələmin nə kimi faydaları var? Hansı kələm daha faydalıdır?

Mütəxəssislər hesab edir ki, kələm yüksək vitamin, mineral, antioksidant mənbəyidir. Yeməklərdə, salatlarda bol istifadə edilə bilər, kələm turşusu bağırsaqlar üçün daha faydalı sayılır.

Türkiyənin Qara dəniz bölgəsində məşhur olan “karalahana” adlandırılan kələm növünün digər kələmlərdən daha faydalı olduğu bildirilir. Bu kələm xərçəngə qarşı olan qidalar arasında öndə gəlir.

E-tibb.az bildirir ki, Brüssel kələmi həm xərçəngi önləmək qabiliyyətinə malikdir, həm də arıqlamaq üçün faydalıdır.

Kələmin tərkibində daha çox qan laxtalandırma qabiliyyətinə malik K vitamini var. Qanda kalsium səviyyəsini normaya salaraq sümüklərin güclənməsinə təsir edir.

Bu tərəvəzin ürək xəstəliklərinin qarşısının alınmasında da rolu var. Kələm daha çox C vitamini ilə də zəngindir. Bu isə sümük, əzələ, qan damarları üçün çox faydalıdır. Qırmızı kələmin tərkibində ağ kələmlə müqayisədə 30 faiz daha çox C vitamini var.

Kələm həmçinin tərkibində olan B vitamini sayəsində enerji metabolizmini nizamlayır, kilo itkisinə səbəb olur.

Kələm güclü antioksidant təsirə malikdir. Bununla da orqanizmdə çatışmazlığa səbəb olan və “sərbəst radikallar” adlandırılan molekullardan hüceyrələrimizi qoruyur.  “Sərbəst radikalların” orqanizmdə çoxluğu isə damarlarda çatışmazlığa səbəb olaraq ürək xəstəlikləri riski yaradır.

Qırmızı kələm antosianinlə zəngindir və ona qırmızı rəng verən də bu maddədir. Antosianin sayəsində ürək-damar xəstəlikləri riski azalır, qan təzyiqi düşür.

Yüksək qan təzyiqinin qarşını almaq üçün də kələm möcüzəli tərəvəz sayılır.

Kələm tərkibindəki potasium sayəsində qan dövranını tənzimləyir. Gün ərzində orta boylu qırmızı kələmin yarısını yemək, orqanizm üçün tələb olunan potasiumun 12 faizini əldə etmək deməkdir.

Kələmin tərkibindəki bir sıra birləşmələrin (indol və izotiosianat) isə tiroid vəzinin xəstəliklərinə yol aça biləcəyi ehtimalları da var. Amma bildirilir ki, kələmin bişirilməsi zamanı uçucu olan bu maddələrin miqdarı azalır. Ona görə də zob xəstəliyindən əziyyət çəkənlər kələmi çiy yeməkdən çəkinməlidirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.