Ürək tutması və infarkt zamanı yardım. Bu bilgilər insanın həyatını qurtara bilər

Ürəkdə ağrı adətən fiziki gərginlik və ya stress nəticəsində əmələ gələ bilər. Əvvəl döş sümüyü arxasında sıxıcı ağrılar başlayır, sonra onlar kəsici xarakter alır.

İnsan hava çatışmazlığı hiss edir, zəifləyir. Ağrı sol çiyinə, sol kürəyə yayılır. Ağrı tədricən çoxalır, xəstə halsızlıq və qorxu hiss etməyə başlayır. 10-15 dəqiqədən sonra ağrı tədricən azalır, xəstə tutmadan sonra özünü zəif və yorğun hiss edir. Bu stenokardiya tutmasıdır. Stenokardiya tutmaları ürəyin işemik xəstəliyinə xas olan bir əlamətdir.

Orqanik.az stenokardiya tutması zamanı ilk tibbi yardım qaydaları ilə sizi tanış edir:

– Əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallamaqla oturmaq lazımdır. Xəstənin ayaqlarını xardal qatılmış isti suya salın. Stenokardiya tutması zamanı uzanmaq olmaz! Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və bu halda ürək daha çox yüklənir.

– Təmiz havanın daxil olmasına şərait yaradın (pəncərəni açmaq, nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini açmaq).

– Nitroqliserin (0,0005 qr.) həbini (tabletini) xəstənin dilinin altına qoyun və ehtiyac olduğu halda 3-5 dəqiqədən sonra 3 dozayadək atırmaqla təkrar edin. Nitroqliserin həbi qəbul etdikdən sonra baş ağrısı başlaya bilər. Bundan qorxmayın, bu baş ağrısı tez bir zamanda keçəcək. Hal hazırda nitroqliserin sprey şəklində də buraxılır.

Diqqət! Nitroqliserin yalnız yüksək təzyiq zamanı verilməlidir. Əks halda təzyiq aşağı olanda, nitroqliserin onu daha da aşağı salacaq və bu da komaya səbəb ola bilər.

– Xəstəyə 1 həb (tablet) aspirin (0,5 qr.) verin (çeynəmək üçün).

– Əgər xəstə çox həyacanlanırsa, ona sakitləşdirici bir dərman vermək olar.

Əgər 3 doza nitroqliserin qəbul etdikdən sonra ağrı keçib getməzsə, dərhal “təcili yardım” çağırın – çünki bu, xəstədə miokard infarktının baş verməsinin əlaməti ola bilər!

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.