Ürək-damarları qorumaq üçün nə qədər gəzməlisiz?

Damarların aterosklerozu – tıxanması ürəkdə infarkt və insultun birinci səbəbidir. Eləcə də həkimlər damar tıxanmasının diabet əmələ gətirdiyini bildirir.

Orqanik.az xəbər verir ki, həkim endokrinoloq Tatyana Rutkovskaya ürək-damarları qorumaq üçün həftədə 150 dəqiqə – bunu günlərə bölmək lazımdır – aerobika məşqləri etməyi məsləhət görüb.

Optimal variant – sakit şəkildə gəzmək, Skandinaviya gəzişi və üzməkdir.

Ürəyi qorumaq üçün artıq çəkini azaltmaq lazımdır.

Gündəlik kalorini yeməyi 4-5 yerə bölməklə paylaşdırmaq olar.

Belə ki, gündəlik kalorinin 25% səhər yeməyi, günorta yeməyi 35%, axşam yeməyi 15% olmalıdır. Qalan faizləri yemək aralıqlarına bölüşdürün.

Eləcə də bel dairəsinin, qarın hissənin incəlməsinə çalışmaq lazımdır.
Birdən yox, tədricən bədən çəkisini 1 il ərzində 20% azaltmaq ürək-damarları kifayət qədər sağlamlaşdırır. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.