Ürək əməliyyatları kimi böyük cərrahi müdaxilələr orqanizmdə bəzi metabolik və fizioloji dəyişikliklərə səbəb olur. Bu xoşagəlməz dəyişiklərdən qorunmaq lazımdır.
Əməliyyatdan sonra diqqət edilməsi lazım olan ən önəmli məqam – sonrakı müalicəni düzgün və həkiminizin istiqamətləndirdiyi kimi aparmaqdır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, ürək cərrahı Cabir Gülmalıyev ürək əməliyyatı keçirmiş pasiyentlərə bir sıra tövsiyələr verib.
– Ürək əməliyyatı keçirmiş xəstələr əməliyyatın 4-cü günü ilk dəfə duş qəbul edə bilərlər. 5-ci gün müalicələr tərtib olunur, son tövsiyələr verilir, müayinə edilir evə yola salınırlar.
– Əməliyyatdan sonrakı erkən dövrdə xəstənin bütün bədən funksiyaları yaxından izlənilir. Ehtiyac olarsa, qidalanma dəstəyi təyin olunur (duzsuz, vitaminli, bol maye).
– Əməliyyat sonrası həkim nəzarəti olmadan dərmanların kəsilməsi qəbuledilməzdir (xüsusilə qapaq əməliyyatı keçirmiş xəstələrdə).
– Əməliyyatdan sonra ürəyi çox gücə salmaq olmaz. Lakin fiziki aktivlik hər zaman tövsiyə olunur.
Orqanik.az