Ağır ürək tutması və infarkt zamanı ilk həkimə qədər yardım məqsədi ilə adətən nitroqliserin həbləri istifadə olunur.
Hal hazırda nitroqliserin hətta sprey şəklində buraxılır və bu da onun istifadəsini daha asan və effektli edir.
Lakin nəzərə almaq lazımdır ki, nitroqliserin bəzi hallarda nəinki kömək etmir, əksinə çox ciddi ziyan vura bilər və hətta xəstənin ölümünə səbəb ola bilər.
Orqanik.az xəbər verir ki,tanınmış rusiyalı jurnalist-tətqiqatçı və hərbi həkim Aleksey Vodovozov ilk tibbi yardımda səhvlərə həsr olunmuş mühazirələrdən birində bunu xüsusilə qeyd edib.
Məsələ burasındadır ki, ürək tutması və infarkt zamanı təzyiq hər zaman qalxmır, əksinə düşə bilər. Nitroqliserin damarları ani şəkildə genişləndirərək təzyiqi tez və kəskin salır. Nəticədə xəstənin təzyiqi aşağı olduqda nitroqliserin onu daha da salacaq və xəstə kollaps və koma vəziyyətinə düşə bilər. Kollaps və koma isə xəstənin ölümünə səbəb ola bilər.
Beləliklə, ürək tutması və infarkt zamanı ilk növbədə xəstənin təzyiqi ölçülməlidir. Təzyiq yüksəkdirsə nitroqliserin verilir. Təzyiq düşübsə – verilmir.
Əgər xəstənin təzyiqini ölçməyə imkan yoxdursa, nitroqliserindən istifadə etməyin!
Orqanik.az