Ürək sağlamlığının QIZIL QAYDASI

Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin son zamanlar gənc nəsil də ürək xəstəliklərindən daha çox əziyyət çəkir və bu da həmin xəstəliyin – gəncləşdiyini göstərir.

Orqanik.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-kardioloq Fərid Əliyev deyib: “Ürək sağlamlığını qorumaq üçün siqaret çəkməkdən imtina etmək, sağlam qidalanmaq, transyağlardan uzaq olmaq, risk faktorlarını nəzarətdə saxlamaq lazımdır. Bunlarla yanaşı daim fiziki hərəkətlər etmək, təmiz hava udmaq da ürək sağlamlığında əhəmiyyətli rol oynayır. Lakin yalnız hərəkət etməklə həmin xəstəliklərin qarşısını almaq olmaz. Bunların hamısına əməl etmək sayəsində ciddi və yaxşı nəticə əldə etmək olar”.

Ürək olduqca həssas orqandır. Həmin orqandan doğan xəstəliklər adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir: “Əlamətlərdən biri sinənin ortasında basqı, yanam və ağırlıq hissidir və hər bir xəstədə fərqli formada müşahidə edilə bilər. Əksər hallarda həmin ağrı 15-20 dəqiqədən çox davam edərsə, bu, infarktın əlaməti sayıla bilər. Xəstəliyin coğrafiyasına fikir versək, nisbətən sakit bölgələrdə ona daha az rast gəlinir. Böyük şəhər və meqapolislərdə daha çox rast gəlinir”, – deyə həkim-kardioloq bildirib.

Stres ürəyin ən böyük düşmənlərindən biridir. Mümkün qədər həmin situasiyalardan uzaq olmaq lazımdır. Bundan əlavə fiziki hərəkətlərin sistematik olaraq həyata keçirilməsi ürək sağlamlığını qoruyur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.