Həyat yoldaşını itirən kişilər daha tez dünyasını dəyişir

Həyat yoldaşını itirmək kişilər üçün ölümcül ola bilər.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, həyat yoldaşını itirən kişilər daha tez dünyasını dəyişir.

Araşdırmalar göstərir ki, bu itkidən sonra 65-69 yaş arası dul kişilərin ölüm nisbəti yüzdə 70-dir.

Dul qadınlar arasında bu riskin isə cəmi 27 faiz olduğu müəyyən edilib.

Tədqiqat 65 yaş və yuxarı olan 925 min danimarkalı üzərində aparılıb. Kopenhagen Universitetinin İctimai Sağlamlıq Departamenti qadınlar və kişilər arasındakı bu nisbət fərqinin səbəbləri barəsində dəqiq məlumat olmadığını bildirib.

Ancaq onlar kişilərin fiziki və emosional sağlamlığının qadınların onlara qayğı, sevgi göstərməsi ilə bağlı ola biləcəyini açıqlayıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.