-Anason orqanizmə iltihab əleyhinə, spazmolitik, meteorizm əleyhinə təsir göstərir.
-Anason mədənin fəaliyyətini yaxşılaşdırır. Ondan istifade etmek bağırsqlardan qazın xaric olunmasının sürətlənməsinə səbəb olur.
-Anasonun 5-7%-ni ətirli efir yağları təşkil edir ki, onların tərkibi atenoldan ibarətdir.Orqanizm üçün Anasonun həm toxumları, həm yağı, həm də yarpaqlarından istifadə edilir.
-Anason öskürəyi sağaldır, səsin açılmasına səbəb olur. Anason bəlğəmgətirici təsirə malikdir. O azyaşı uşaqlarda da öskürəyin sağalmasına səbəb olur. Bəzi ölkələrdə uşaqlar üçün Anason tərkibli öskürəkkəsici dərmanlar hazırlanır.
-Müalicə məqsədilə anasonun dəmləməsindən və çayından istifadə edilir. Onu revmatizm ağrıları və öskürək zamanı qəbul etmək lazımdır.
-Anason çayı uşaqəmizdirən analar üçün çox faydalıdır. O bedene südün gəlməsinə səbəb olur.
-Həzmi sürətləndirir, ishalı kəsir.
-Anason çayını ürək döyüntülərinin azaldığı zaman qəbul eləmək lazımdır.
-Xalq təbabətində Anason soyuqlama və ya qurd əleyhinə istifadə edilir. Anason dəmləməsini çay şəklində içərkən ona bal əlavə etmək xəstəliklərin əlamətlərini azaldır.
Kulinariya sənayesində Anason xəmirlərə dadlandırıcı məqsədlə qatırlar. Bu məqsədlə bir miqdar badyan toxumunu az miqdar qaynar suda 5-10 dəqiqə qaynadıb soyuduqdan sonra xəmirə əlavə eləmək lazımdır. Anason toxumlarını albalı mürəbbəsinə qatdıqda mürəbbənin dadı daha gözəl olur. Bu zaman Anason mürəbbənin 2-3 il təzə qalmasına səbəb olur. Bir çox ölkələrdə Anasonu qızardılmış ətlərə, toyuq və balıq yeməklərinə əlavə edirlər. Bu yeməkləri daha dadlı və ətirli edir. Anason qara istiot, razyana, sarımsaq, darçın, mixək və zəncəfillə qarışdırıla bilir. Bu zaman isə daha dadlı bir ədviyyat qarışımı alınır.
Anasonun zərərli xüsusiyyətləri
Anason duzsuz dieta saxlayan zaman istifadə eləmək olmaz.