Ukraynada xərçəng xəstələrinin müalicəsi tamamilə dayanıb

Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində Ukraynada bu gün xərçəng xəstələrinin müalicəsi tamamilə dayandırılıb. Həmçinin insulinə çıxış və antibiotik çatışmazlığı ilə bağlı problemlər yaranıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Cəsur Ukrayna” xeyriyyə gecəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ukraynanın şərqində ən adi dərmanların belə kəskin çatışmazlığı hiss olunur.

“Ukraynanın şərqində və cənubundakı müvəqqəti olaraq işğal olunmuş vilayətlərində tibbi xidmətlərə və dərmanlara çıxışla bağlı fəlakətli vəziyyət hökm sürür, ən adi dərmanlar belə çatışmır”, – deyə o bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Ukraynaya və Avropaya xərçəng xəstələrinin müalicəsinin tam dayanması, şəkərli diabet xəstələri üçün insulin çatışmazlığı, cərrahi əməliyyatların keçirilə bilməməsi kimi bir neçə ay əvvəl ağla belə gəlməyən problemlər gətirib.

Bundan əlavə, Zelenskinin sözlərinə görə, tammiqyaslı işğal başlayandan bəri Rusiya qoşunları 400-ə yaxın səhiyyə obyektini – xəstəxanalar, doğum evləri, ambulatoriyalar və s. məhv edib, yaxud zərər vurub.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.