Ukrayna müharibəsinə yadplanetlilər qarışacaq – İsrailli sehrbaz

Dünyaca məşhur mentalist Uri Geller Rusiya-Ukrayna müharibəsinə aid proqnozda nüvə silahı təhlükəsindən danışıb.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, israilli sehrbaz Ukraynanı yadplanetlilərin xilas edəcəyini deyib.

Bu barədə İsrail qəzeti “Maariv”də məlumat verilib.

“Əgər Putin nüvə silahı atsa, yadplanetlilər müdaxilə etməli olacaq. Onlar öz texnologiyalarını tətbiq edərək nüvə başlıqlarını məhv edəcək.

Yadpalnetlilər nüvə müharibəsinə icazə verməyəcək. Hesab edirəm ki, onlar Putinə mane olacaq. Yaxın 5 ildə yadplanetlilər Yerə enəcək. Onlar bizimlə müharibə etməyəcək, əksinə sülhlə gələcəklər. Eniş nöqtələri isə Pasxa adaları və Misir piramidaları ərazisi olacaq. Onlar Yeri xilas etmək istəyir” , – deyə Geller bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.