Türkiyəli həkim koronavirusdan qoruyan ən yaxşı TƏBİİ VASİTƏnin adını açıqladı

Tanınmış türkiyəli həkim-nevroloq, professor Ali Kemal Erdemoğlu immun sistemini möhkəmləndirən və koronavirusdan qoruyan ən yaxşı təbii vasitənin adını açıqladı.

Orqanik.az Sabah nəşrinə istinadla bildirir ki, həkimin sözlərinə görə, bu qlutationdur. Professor Erdemoğlu onu “əsas antioksidant” adlandırıb.

Qlutation immun sistemini möhkəmləndirir, qaraciyərin sağlamlığını yaxşılaşdırır, orqanizmi vaxtından tez qocalmaqdan və neyrodegenerativ xəstəliklərdən qoruyur.   

Qlutation güclü virus əleyhinə xüsusiyyətlərə malikdir və bu da koronavirusdan qorunmağa yardım edir. Bu maddənin orqanizmdə defisiti COVID-19 infeksiyasının gedişatını ağırlaşdırır, ağciyər iltihabını ağırlaşdırır ki, bu da distress-sindromunun inkişafını və xəstənin ölümünün riskini kəskin artırır.    

Həkimin sözlərinə görə, bəzi qida məhsulları orqanizmdə qlutationun sintezini artırır. Bu kükürdlə zəngin olan soğan, sarımsaq, kələm və həmçinin qulançar, kartof, bibər, kök, kabaçki, ispanaq, süd məhsullarıdır. Müntəzəm fiziki aktivlik də orqanizmdə qlutationun səviyyəsini artırır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.