Tüpürcək vəzlərinin sekresiyasının pozulması

Ümumi məlumat:
Tüpürcək vəzlərinin sekresiyasının pozulması – tüpürcək ifrazının pozulması ilə təzahür olur.
Səbəbləri:
Bu zaman 3 böyük tüpürcək vəzisinin ( qulaqətrafı, çənəaltı, dilaltı) patologiyası nəticəsində bu xəstəlik baş verir. Bu zaman tüpürcək vəzlərinin, sinir uclarının qıcıqlanması və ya innervasiyasının pozulması baş verir. Bu özünü hipersalivasiya ( sutkada 2 litr tüpürcəyin ifraz olunması), hiposalivasiya( sekresiyanın azlması) ilə təzahür olur. Bu patologiya Parkinson xəstəliyi olanlarda, beyin qan dövranı pozğunluğu olan, hamilələrin toksikozunda, üçlü sinirin nevralgiyasında  rast gəlinir.
Klinikası:
Hiposalivasiya ağızda quruluq ilə biruzə verir. Hiposalivasiya ümumi xəstəliklərin ( sepsis, pnevminiya, intoksikasiya, zəhərlənmələr, bədxassəli anemiya və s.) simptomu, həmçinin vəzlərin öz patologiyaları ( iltihab, vəzlərin tıxanması, atrofiyalar, quruluş anomaliyaları) kimi meydana çıxa bilər.
Müalicəsi:
Əsas müalicə xəstəliyin səbəbini aradan qaldırmaqdan ibarətdir. Hiposalivasiya zamanı ağız boşluğunu islatmaq lazımdır. Onkoloji proses zamanı tüpürcək vəzlərinə cərrahi müalicə tələb olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.