Tünd dəmli çay həvəskarlarının mədəsində və sinir sistemində problem olur.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, nevroloq Valentina İsayeva belə çayın potensial təhlükəsindən danışıb.
Belə çayı müntəzəm və çox içənlərin səhhətində problər yaranır.
“Tünd çayda kofein miqdarı daha çoxdur, o, mədənin turşuluğunu pozur, qıcqırma və reflüks artırır, qastrit əmələ gətirir. Nəticədə həzm sistemi pozulur.
Eləcə də tünd çay sümükləri boşaldır, qanı azaldır, B12 defisiti yaradır, sinir sisteminə neqativ təsiri isə yuxunun pozulması, təşviş halının artması ilə özünü göstərir.
Bu adamların sümük, diş, qaraciyəri və ürək-damar sistemi ilə problemləri olur.
Kofein təzyiqi kəskin aşağı salır, ritmi artırır”.
Yaşlı insanlara gündə 3 stəkandan artıq çay içmək olmaz, çay tünd olmamalıdır, saat 18:00-dan sonra çay içməmək tövsiyə olunur.
Orqanik.az