Çox isti hava və geyim kişi potensiyasının düşmənidir – Yapon alimləri

Geyim və alt paltarının temperaturunun az da olsa qalxması spermatozoidlərə mənfi təsir edir.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, kişilərdə cinsi hormonlar toxum kisəsində yerləşdiyi üçün onun normal sintezinə sərin və soyuq hava tələb olunur.
İsti spermin düşmənidir.

Hətta havanın 5 dərəcə istiləşməsi və geyimin temperaturunun 3-4 dərəcə yüksəlməsi spermin hasilini pozur.

Yapon bioloqları siçanlar üzərində apardıqları təcrübədə temperaturun 30-40 dərəcə qalxmasının onlarda təsirini araşdırıb.
34 dərəcə temperatur normal spermatozoidlərin əmələ gəlməsi üçün optimal hərarətdir.

Lakin bədənin, toxum kisəsinin 38 dərəcəyə qədər qızması zamanı hüceyrələrin bölünməsi prosesi pozulur.

Yüksək temperaturdan xromosom pozulmaları müşahidə olunur, onlar ölür, hamiləlik baş tutmur.

“Biz gözləməzdik ki, tibbə məlum fenomenin arxasında temperatur şərtləri bu qədər kaskad rolunu oynayır”, – deyə Şosey Yoşida bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.