Tibbin ən inanılmaz möcüzələri

Polşalı dəmiryol işçisi Jan Qrezebski iki dəmiryol vaqonunu bir-birinə bağlayarkən xəsarət alır. Onu xəstəxanada müayinə edərkən məlum olur ki, Janda beyin xərçəngi var. Jan əməliyyatdan sonra 19 il dərin komada qaldıqdan sonra ayilir. Halbu ki, həkimlər onun 3 ildən artıq yaşamaq şansı olmadığını demişdilər. 12 aprel 2007-ci ildə komadan ayılan Janın kommunist rejimində gözlərini yumub, kapitalist rejimində gözlərini açması bir çox filmıərə ssenari oldu.
QURD ADAM.
Hindistanlı oğlan Pritxviraj Patil ilə Tayladlı qız Supatra Sasupxan da başqa uşaqlar kimi ətrafdakılarla oynamaq, üzməyə getmək istəyirdilər. Ancaq onların fərqli olması nəinki ətrafdakı uşaqları, hətta böyükləri belə narahat edirdi. Bu uşaqları digərlərindən fərqləndirən onların Qurd Adam Sindromu ilə xəstələnmələridir. 1638-ci ildən bəri sadəcə 50 adamda rast gəlinən bu xəstəlik insanın üzündə uzun tüklərin sıx-sıx bitməsi ilə xarakterizə olunur. Xəstəliyin müalicəsi yoxdur, insanın daxili orqanlarını zədələmir, amma verdiyi görkəm onu insanlardan uzaq qalmasına səbəb olur.
AĞRI HİSS ETMƏYƏN QIZ.
Ağrısız yaşamaq deyəndə elə də pis səslənmir. Amma 9 yaşlı Gabu Ginqrsın ağrı hiss etmədiyindən sol gözünü qaşıya – qaşıya
çıxarması adamı dəhşətə gətirir. Gabu anadangəlmə CİPA adı verilən sinir xəstəliyinə tutulub. O, hətta barmaqlarını da çeynəyib, üclarını qopardır, amma ağrı hiss eləmir. Ailəsi onu daima nəzarətdə saxlayır.
SUYA ALLERGİYASI OLAN ADAMLAR.
İstəyir hamamda çimmək üçün, istəyir içmək üçün və yaxud susuzluğunu yatışdırmaq üçün avstraliyalı Asleic Morris və ingiltərəli Mikela Dutton nə vaxt suya toxunsalar onlarda allergiya əlmətləri meydana çıxır. Onlar duş qəbul etdikləri zaman belə dəriləri qızarır, sadəcə diet kola içərək susuzluqlarını yatdırırlar. Asleic tərləməmək üçün idmanla məşğul olmur, özünü heç zaman yormur. Çünki, tər də onun bədənində ciddi səpgilər əmələ gətirir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.