Tez-tez rentgen olunmaq xərçəngə səbəb olurmu?

Böyük Britaniyanın Kembric Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, radiasiyanın hətta üç seans kompüter tomoqrafiyasının keçirilməsinə ekvivalent olan, lakin insan üçün təhlükəsiz hesab edilən ən kiçik dozaları belə onkoloji xəstəliklər törədən p53 gen mutasiyaları ilə hüceyrələrin sayını artırır.

Alimlər rentgen şüalarının təhlükəsiz səviyyəsi barədə açıqlama verib.
Müəyyən olunub ki, şüalanmanın hətta təhlükəsiz səviyyələri p52 genində xərçəngə tutulma riskini artıran mutasiyalı hüceyrələrin sayını çoxaldır. Eksperimentlər göstərib ki, rentgendən əvvəl orqanizmə antioksidantların yeridilməsi sağlam hüceyrələrin “korlanmış” p53 geni ilə əmələ gələn hüceyrələrə qarşı uğurla mübarizə aparmasına imkan verir. Lakin alimlər hesab edirlər ki, belə terapiyanın sağlam toxumalara da ziyan vurmaq, qüsurlu hüceyrələrin yayılmasına şərait yaratmaq ehtimalı var.

Tədqiqat müəlliflərindən biri, Kembric Universitetinin professoru Fil Cons bildirib ki, kompüter tomoqrafiyası və rentgen riskləri axıradək öyrənilməyib. Bu iş aşağı dozalı radiasiyanın fəsadlarını və onun səbəb ola biləcəyi təhlükələri daha yaxşı başa düşməyə kömək edir.

Xərçəngə çevrilmək ehtimalı olan mutant hüceyrələr, o cümlədən р53 mutasiyalı hüceyrələr bütün insanların orqanizmində var. İnsan yaşa dolduqca onların da sayı artır. Lakin bu hüceyrələrin yalnız cüzi hissəsi sonralar bədxassəli hüceyrələrə çevrilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.