Çiyələk məsamələri sıxan, ölü dəridən qurtulmağa kömək edən, rəngini bərabərləşdirən, beləliklə daha parlaq və hamar cild əldə etməyə kömək olan təbii vasitədir.
Orqanik.az Axşam.az-a istinadən ev şəraitində hazırlaya biləcəyiniz çiyələk maskalarını təqdim edir.
Tərkibi:
2 çiyələk
1 çay qaşığı bal
1 çay qaşığı yumurta ağı
Vasitələri qarışdırıb əldə etdiyiniz maskanı üzünüzə çəkin. Təxminən 10 dəqiqə qurumağa buraxın. Bir az qaşınma təsiri ola bilər. Maskanı yuyaraq təmizləyə bilərsiniz.
Tərkibi:
2 çiyələk
2 xörək qaşığı qatıq
Çiyələkləri püre halına salıb üzərinə qatıq əlavə edin və yaxşıca qarışdırın. Dəriniz çox qurudursa, ona 1 çay qaşığı bal da əlavə edə bilərsiniz. Maskanı təmiz üzə çəkib 15-20 dəqiqə gözləyin və isti su ilə yuyun. Sonda kokos yağı istifadə edərək dəriyə qulluğunuzu tamamlayın.
Orqanik.az