Televizora çox baxanlar mütləq oxusun! ÖLÜMCÜL TƏHLÜKƏ!

Uzun müddət ərzində televizora baxan insanlarda ağciyər arteriyasının trombla tıxanması (tromboemboliya) riski artır. Bu ağır pozulma ölümə səbəb ola bilər.

Orqanik.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Yaponiya alimləri aşkar edib. Araşdırmalar 20 ilə yaxın davam edib. Nəticədə məlum olub ki, gün ərzində 2,5 saatdan artıq televizora baxan insanlarda ağciyər arteriyasının trombla tıxanması riski 70% qədər çatır.

Tromboemboliyanın digər risk faktorları arasında: artıq çəki, şəkərli diabet, siqaret çəkmək və hipertoniyadır.

Alimlər daha az televizora baxmağı, televizora baxdıqda hər 1 saatdan bir qalxmağı və yüngül fiziki hərəkətləri etməyi tövsiyə edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.