Telefonu yastığın altına qoymayın!

Yuxu zamanı yastığın altındakı telefonun yaratdığı əsas təhlükəni Rospotrebnadzor Əhalinin Sanitariya Rifahı Departamentinin rəis müavini Andrey Quskov açıqlayıb.

“İstənilən mobil telefon öz iş prosesində radiotezlik diapazonunun elektromaqnit şüalarını yayır, bu, mobil telefonun nəzərdə tutulan məqsədidir, çünki o, baza stansiyalarına qoşulmalıdır”, – ekspert xəbərdarlıq edib.

Orqanik.az Rusiya mətbuatına istinadən bildirir ki, onun sözlərinə görə, insan beyni son dərəcə həssasdır və smartfonun elektromaqnit şüalanmasına məruz qalır. Mütəxəssis tövsiyə edib ki, yatmazdan əvvəl telefonu yatağın yanına deyil, qadcetin orqanizmə mənfi təsirini azaltmaq üçün mümkün qədər uzağa qoyulsun.

İrfan Vəliyev
Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.