Telefon işığı dərimizi necə məhv edir?

Erkən qocalmanın səbəbi genetik və ya ətraf mühitin təsiri ola bilər. Bəzən də bizim heç bilmədiyimiz bəzi məqamlar dərinin elastikliyini itirməsinə yol açır.

Orqanik.az xəbər verir ki, bu barədə plastik cərrah Aleksandr Vdovin “kp.ru”ya müsahibəsində deyib.

Dəridə vaxtından əvvəl qırışların yaranma səbəblərini izah edən mütəxəssis bildirib ki, qeyri-adekvat və ya keyfiyyətsiz baxım məhsulları da bu prosesi sürətləndirə bilər.

“Dərinin təmizlənməsi, tonlanması, zərdab və kremlərin çəkilməsi kimi gündəlik prosedurların lazımsız olduğuna inanan qızlar risk siyahısında birinci yerdədir. Ən pis vərdiş yatmazdan əvvəl makiyajı silməməkdir. Sebum çox ifraz olunduğu üçün dəri daha da çirklənir, bu da sağlamlığına zərərli təsir göstərir.

Skrablardan sui-istifadə də digər təhlükədir, nəticədə dəri qurumağa başlayır. Bu zaman vaxtından əvvəl qırışların yaranması riski son dərəcə yüksəkdir, çünki dəri susuz qalır.

Yuxusuzluq da dərinin vəziyyətinə mənfi təsir göstərir. Yataq dəstlərinin təmizliyi ilə yanaşı yastıq seçimi də böyük rol oynayır. Düzgün seçilmiş yastıq, “Veneranın üzükləri” adlanan uzununa qırışların meydana gəlməsinin qarşısını alacaq, servikal onurğaya dəstək verəcək” , – cərrah qeyd edib.

Mütəxəssislərin fikrincə, dərinin ultrabənövşəyi şüalardan kifayət qədər qorunmaması da qırışların vaxtından əvvəl meydana çıxan çıxmasına səbəb olur.

“Mavi rəngli ekran da eyni təsirə malikdir. Qadjetlərə güclü bağlılıq qocalmanı sürətləndirir. Noutbuk və ya telefon ekranının soyuq işığının dərini qurutduğu elmi şəkildə sübut edilib. Başın əyilməsinə səbəbindən boyunda qırışlar əmələ gəlir, bu isə boyun nahiyəsinin osteoxondrozuna, hətta yırtıqlara gətirib çıxara bilir”, – həkim qeyd edib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.